"Elekrtik enerjisi əksinə, azaldılmalıydı" 15 İyul 02:06

"Elekrtik enerjisi əksinə, azaldılmalıydı"

Ekspert qiymət endiriminin edilməsi üçün hansı imkanların olduğunu açıqlayıb.

Azərbaycanda elektrik enerjisinin artrılması deyil. əksinə qiymətlərin endirilməsində imkanlar var idi.

Bunu ANS TV-nin xəbərçi proqramının qonağı olan iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert elektrik enerjisinin endirim səbəbini belə izah edib:

"Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur elekrtik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik. Bu da elekrtik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu baş vermədi".

Ekspert hesab edir ki, elektrik enerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil. Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi. Q.İbadoğlu deyir ki, Alternativ enerjilərdən - külək, günəş enerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarıla bilərdi.

"Bundan başqa, elekrtik enerjisini istehsal edən və paylayan şirkətlər "Azərişıq" və "Azərenerji" şəfaf fəaliyyət göstərməlidir. Maliyyə hesabatlarını mütəmadi açıqlamalıdırlar. Bunu isə bir dəfə də olsun görməmişəm", - ekspert bildirib.

Qubad İbadoğlu bir sıra mühüm məsələlərə də aydınlıq gətirib. Ətraflı videomaterialda.

Azərbaycanda elektrik enerjisinin qiyməti artırılıb. Tarif Şurasının iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 1 qəpik artaraq 7 qəpik müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl elektrik enercisinin pərakəndə satış tarifi 6 qəpik olub. Yeni tariflər 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.