Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi 13 İyul 11:15

Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi

Bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Raximpur məlumat verib.

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüş vaxtı bilindi. Prezidentlərin görüşü avqustun 8-nə gözlənilir.

ANS PRESS-in məlumatına görə, bu barədə Astanada Rusiyanın “TASS” agentliyinə İran xarici işlər nazirinin müavini İbrahim Raximpur deyib.

"Belə görüş olacaq şübhəsizdir. Görüşün  avqustun  8-də olacağı gözlənilir".

Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda  mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşün təşkil ediləcəyini təsdiq edib.

Amma o görüşün dəqiq nə vaxt keçiriləcəyini deməmişdi.