Ərdoğan "çevriliş" qurbanlarının cənazə namazında 17 İyul 16:45

Ərdoğan "çevriliş" qurbanlarının cənazə namazında

85 min məsciddə şəhidlərin ruhuna dualar oxunub.

Türkiyədə baş verən insident nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb. Ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna ualar oxunub.

Şəhidlərin Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır. Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu və başqa dövlət rəsmiləri də iştirak edirlər. Onlar prezidentin baş müşavirinin Mustafa Varankın qardaşı professor İlhan Varankın cənazə namazına qatılıblar.