"Ərdoğan müraciət etsə onu qəbul edərik" 16 İyul 08:45

"Ərdoğan müraciət etsə onu qəbul edərik"

Putin nə Ərdoğanla nə də ki, hərbçilər ilə ünsiyyətdə olmayıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyədə baş verənlər barədə şərh edib. ANS PRESS-in məlumatına görə, Peskov bildirib ki, Rusiya Rəcəb Tayyib Ərdoğanı qəbul edə bilər.

“Dəqiqliyi ilə demək olmaz amma əgər müvafiq müraciət olarsa, baxılacaq”. Mətbuat katibi qeyd edib ki, Putin nə Ərdoğanla nə də ki, hərbçilər ilə ünsiyyətdə olmayıb.

Türkiyədə hərbi çevriliş zamanı 17 polis əməkdaşı şəhid olub. ANS PRESS-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada havadan Gölbaşı Özəl Hərəkət Dairə Başqanlığına endirilən zərbə nəticəsində 17 polis həlak olub. 

İstanbulun bir çox yerində insanlar küçələrə çıxaraq orduya etiraz edirlər.Ankarada Baş Qərargah qarşısında və İstanbul Polis İdarəsinin qarşısında əhalinin tankların üzərinə çıxaraq, hərbi çevrilişə etiraz etdiyi bildirilir.

İstanbulda Boğaz körpüsündə helikopterdən vətəndaşlara atəş açılıb. 10-na yaxın insanın yaralandığı bildirilir.