Ərdoğan orduda "təmizləmələrə" başlayıb 16 İyul 10:32

Ərdoğan orduda "təmizləmələrə" başlayıb

Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb.

9:28 / Baş nazir məlumatı təsdiqlədi

Türkiyə dövlət çevrilişinə cəhd edən ordu rəsmilərinin həbsinə başlanılıb.
 
ANS PRESS-in Türkiyə mətbuatına  istinadla verdiyi  məlumata  görə, artıq  Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb.

Hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın yeri məlum olmadığı üçün onun vəzifəsini icra etmək başqa generala tapşırılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsini icra etmək üçün I Ordu Komandanı, ordu general Ümit Dündar təyin edilib.

Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım TRT-də çıxışı zamanı deyilib. 

 Ümit Dündar-I Ordu Komandanı, ordu general
Ümit Dündar-I Ordu Komandanı, ordu general