"Ərdoğan Türkiyədə deyil" 16 İyul 16:52

"Ərdoğan Türkiyədə deyil"

Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alınıb.

Türkiyənin baş naziri Binali Yıldırım sensasion açıqlama ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, baş nazir deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Türkiyə ərazisində deyil.

Bu barədə “İnterfaks” xəbər verib. Yıldırım sözlərinə görə, hazırda prezident tam təhlükəsiz yerdədir.

“Prezident Ərdoğan təhlükəsiz yerdədir, onun Vətənə dönməsi üçün heç bir əngəl yoxdur. Hazırda prezidentin evə qayıtması üçün maneə yoxdur”,- deyə Yıldırım bildirib. Yıldırım qeyd edib ki, xalqın küçələrə çıxması nəticəsində Türkiyə tarixində ilk dəfə olaraq hərbi çevrilişin qarşısı alınıb.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. Türkiyədə ümumilikdə 194 nəfər həyatını itirib (90 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.