Ərdoğanın danışdığı telefona rekord pul 18 İyul 17:43

Ərdoğanın danışdığı telefona rekord pul

Ərəb iş adamı telefonu yarım milyon dolara almaq isteyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə hərbi çevrilişə cəhd zamanı CNN-nin efirinə canlı bağlandığı telefonla bağlı maraqlı təklif verilib. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanından olan bir iş adamı telefona rekord qiymətə almaq istəyir. 

O, "azadlıq telefonu" adı verdiyi bu smartfon üçün minlərlə dollar təklif edir. Ərdoğan iyul ayının 15-də gecə saatlarında türk xalqına telefondan bağlandığı canlı yayımdan çağırış etmiş, əhalini meydanlara çağırmışdı. Adı açıqlanmayan ərəb biznesmen telefonu 0,5 milyon dollara almaq istəyir. 

İndi bu telefon "hər şeyi başladan" qurğu adlandırlır. 

Prezident jurnalist Hande Fıratın əlindəki telefonla ölkədəki vəziyyət haqqında ilkin məlumat vermişdi. 

CNN aparıcısının telefonu
CNN aparıcısının telefonu