Ərdoğanla Messini bir yerdə görməyin qiyməti 13 İyul 21:26

Ərdoğanla Messini bir yerdə görməyin qiyməti

Türkiyə futbolunun veteranları ilə dünya ulduzları qarşılaşacağı oyunun biletləri satışa çıxarılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Samuel Eto’o Fondunun 10-cu il fəaliyyəti çərçivəsində Antalyada ulduz futbolçular arasında keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti bəlli olub.

ANS PRESS-in məlumatına görə, sözügedən oyunda Türkiyə futbolunun veteranları ilə dünya ulduzları qarşılaşacaq.

Artıq qarşılaşmanın biletləri də satışa çıxarılıb. Oyunun bilet qiymətləri 26 və 214 manat arası dəyişir. Samuel Eto’onun adını daşıyan fondun təşkil etdiyi bu qarşılaşmadan gələn gəlir afrikalı uşaqlar üçün xərclənəcək.

Həmin oyunda ölkə başçısı Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək. "Antalyaspor"un kamerunlu ulduzu xeyriyyə matçında iştirak etmək üçün Neymar, Messi, İnyesta, Arda, Xavi, Karles Puyol, Valdes, Lüdovik Jüli, Abidal, Deko, Eden Hazard, Kərim Benzema, David Alaba, Obameyanq, Lassana Diarra, Xavier Zanetti, Emmanuel Adebayor, Raymond Kalla, Dario Simic, Aleksey Smertin, Andre Ayu, Cey Cey Okoça, Marsel Desayi, Lui Saha, Nvankvo Kanu, Kolo Toure, Essyen, Demba Ba və digər məşhur futbolçuları da dəvət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və kamerunlu ulduz futbolçu Samuel Eto’o
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və kamerunlu ulduz futbolçu Samuel Eto’o

Fond yeni oyuna Türkiyə Prezidentini də dəvət edib. Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türel sosial şəbəkədə Ərdoğanın dəvəti qəbul etdiyini açıqlayıb.

“Messi ilə bərabər dünyanın digər ulduzu Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Antalya Arenada futbol oynayacaq. Xairici oşlər naziri Mövlüd Çavuşoğlu və bəndənizin də forma geyinəcəyi iyunun 16-da 20:45-də (Türkiyə vaxtı ilə) başlayacaq qarşılaşmaya hamınız dəvətlisiniz”, - Menderes Türel deyib.

Matç 16 iyunda Antalya Arena stadionunda baş tutacaq. Maradona, Messi, Neymar, Suarez, Eden Hazard, Totti, Maykl Essyen, Xavi, Avqustin Okoça, Piyer Emerik Obameyanq, İniyesta və Arda Turan böyük matçda meydana çıxacaq.