Ermənistanda 200 nəfər şübhəli həbs edildi 18 İyul 05:35

Ermənistanda 200 nəfər şübhəli həbs edildi

Polis idarəsinə hücum etmiş şəxslər saxlanıldı.

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. ANS PRESS-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda onlardan 50-si azad buraxılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

İyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayıb.