Eyfel qülləsi tüstüləndi 15 İyul 04:49

Eyfel qülləsi tüstüləndi

Bayram atəşfəşanlıqları ehtiyatsızlıq səbəbindən alışıb.

Parisdə Eyfel qülləsi yaxınlığında yanğın baş verib. ANS PRESS-inəlumatına görə, hadisə şəhər sakinlərində təşvişə səbəb olub. Yanğının milli bayram günü münasibətilə keçirilən atəşfəşanlıq nəticəsində baş verdiyi bildirilir.

Paris polisi yanğının Nitsa şəhərində baş verən terror hadisəsi ilə əlaqədar olmadığını bəyan edib.

Fransanın Nitsa şəhərində terror aktı baş verib. Atəşfəşanlığı izləyən kütlənin üstünə hərəkət edən yük maşını insanların üstündən keçib. Ardınca avtbusdakılar kütləyə silahlı hücum edib.

Fransa KİV-lərinə istinadən verdiyi məlumata görə, Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib. Nəticədə 173 nəfərdən çox insanın xəsarət aldığı bildirilib. Onlardan  73 nəfəri həlak olub, 100 nəfərdən çoxu yaralanıb.