Fətullah Gülən "edam edildi" 18 İyul 11:07

Fətullah Gülən "edam edildi"

Ərdoğan üçün hava limanına toplaşanlar edam cəzasını qaytarılmasını istəyiblər.

Türkiyədə Atatürk hava limanın toplaşan bir qrup insan hərbi çevrilişə cəhdi təşkil etməkdə əsas şübhəli kimi adı hallandırılan Fətullah Gülənin maketini asıblar.

Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbula gələ biləcəyini öyrənən yüzlərlə insan Atatürk hava limanına axışıb. Əllərində Ərdoğanın şəkilləri, türk bayraqları və şüarlar yazılan plakatlar olan insanlar Fətullah Gülənin maketini də özləri ilə gətiriblər. ANS PRESS-in "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə,  Güləni "asan" vətəndaşlar daha sonra onu yerdə sürüyüblər. 

Hava limanına şəxsi maşınları ilə girən vətəndaşlar da bayraq dalğalandıraraq və avtomobillərindən siqnal verərək bu aksiyaya dəstək veriblər. 

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. 

Çevrilişə cəhddən sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu cəhdin konkret olaraq Fətullah Gülən və ona yaxın dairələr tərəfindən təşkil edildiyini bəyan edib. O, ABŞ rəhbərliyinə müraciət edərək Gülənin Türkiyəyə ekstradisiyasını tələb edib. 

ABŞ rəsmiləri isə açıqlama verərək F. Gülənin ekstradisiyasi ilə bağlı Türkiyədən rəsmi istək gəlmədiyini bildiriblər.

"Amma bizə Türkiyədən rəsmi tələb bildirilərəsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim  Türkiyə hökumətindən istəyimiz  dəlillərdir. ABŞ-a ekstradisiyanı şərtləndirəcək dəllilərin bizə verilməsi vacibdir".

Hərbi çevrilişə cəhd zamanı üsyançı hərbçilərdən azad edilən tank
Hərbi çevrilişə cəhd zamanı üsyançı hərbçilərdən azad edilən tank

Fətullah Gülən isə jurnalistlərə açıqlamasında bildirib ki, onun hərbi cəhdin arxasında olması barədə irəli sürülən ittihamlar yalandır. Gülən Türkiyədə baş verən hadisələr fonunda ona qarşı təzyiqlərin artdığını bildirib.

“Dövlət çevrilişi edənlər mənə təzyiq göstərirlər. Məni hər dəfə istintaqa cəlb ediblər. Ən yaxın insanlar belə bəzən alternativ seçimə dözə bilmirlər. Həsəd və qısqanclıq ünsürləri bəzən insanı pisliklər etməyə vadar edir. Çevriliş cəhdinin arxasında bir çox motivasiyalar ola bilər. Onlar müxalifət partiyalarının, millətçilətçi partiyaların tərəfdarları ola bilər.

15  ildir ki, Türkiyədən kənardayam. Türkiyədə baş verən hadisələri izləmirdim. Baş verən hadisələr əvvəlcədən yazılmış ssenaridir. Lakin mənim kimi bir möminin dəlilsiz ittihamlar etməsi doğru deyil. Belə bir şey etsəm, yalan danışmış, şər atmış olaram”.