"Forbes" ən bahalı dünya ulduzlarının adını açıqladı 12 İyul 13:29

"Forbes" ən bahalı dünya ulduzlarının adını açıqladı

Birinci yerdə Amerikanın pop-mügənnisi Teylor Sviftdir.

Nüfuzlu "Forbes" jurnalı ən bahalı ulduzların adını açıqlayıb. ANS PRESS-in məlumatına görə, jurnalın tərtib etdiyi yeni siyahıya ötən il 170 milyon dollar qazanan Amerikanın pop-mügənnisi Teylor Svift başçılıq edir. 

Svift yüksək qazancına görə, "1989" adlı dünya turnesinə borcludur. O, əldə etdiyi gəlirlə Şimali Amerikanın "The Rolling Stones" rok qrupunun əvvəlki rekordunu qırıb. Onun "Diet Coke", "Keds" və "Apple" kimi reklamlardan aldığı gəlirləri də hesablasaq, müğənni il ərzində ümumi 250 milyon dollar qazanıb. 

Siyahıda ikinci yeri britaniyalı qrup "One Direction" tutub. Onların gəlirləri 110 milyon dollar həcmində göstərilir. Üçüncü yerdə 95 milyon dollarla yazıçı Ceyms Patterson, dördüncü yerdə  88 milyon dollarla teleaparıcı "Doktor Fil" Makqrou, beşinci yerdə isə eyni məbləğ, yəni 88 milyon dollarla futbolçu Kriştianu Ronaldo bərqərar olub. 

İlk onluğa həmçinin aşağıdakı məşhurların adı daxildir: