Fransa prezidenti xalqına müraciət etdi 15 İyul 09:26

Fransa prezidenti xalqına müraciət etdi

F. Olland baş vermiş faciəni terror kimi qiymətləndirdi.

"Nitsada yük maşınının Bastiliya Qalasının Alınması Günü  münasibəti ilə bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində 80 nəfər ölüb. Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq".

ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində deyib.

“Nitsada yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə 14 İyulu qeyd edən insan kütləsini əzib. Bu ana 80 nəfərin öldüyünü demək olar, onların arasında xeyli sayda uşaq var. İyirmiyədək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu inkar etmək olmaz”, - deyə Olland qeyd edib.

Barak Obama - ABŞ prezidenti
Barak Obama - ABŞ prezidenti

ABŞ lideri Barak Obama Fransada baş vermiş hadisələrin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır. "Nitsa hadisəsi dəhşətli terror aktıdır", - deyən prezident yaralılara şəfa diləyib.