Fransa Türkiyədəki səfirlik və konsuluğu bağladı 13 İyul 18:41

Fransa Türkiyədəki səfirlik və konsuluğu bağladı

Səfirlik 14-iyula təyin edilən Müstəqillik günü tədbirlərini ləğv edib.

Fransa Türkiyənin Ankara şəhərindəki səfirliyini və İstanbul şəhərindəki konsulluğunu bağlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, səfirlik bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.

14 iyula təyin edilən Müstəqillik günü tədbirləri də təxirə salınıb.  

"Təhlükəsizlik səbəbindən Ankara, İstanbul və İzmir şəhərlərində  14 iyul tarixinə planlaşdırılan  Müstəqillik günü tədbirləri  təxirə salınıb.  Qərarla əlaqədar Türkiyə rəsmilərinə məlumat verilib. Aidiyyəti qurumlarla əlaqələri davam etdiririk. Səfirlik və konsulluq ikinci bir əmrə qədər bağlı qalacaq”.

Bundan əvvəl Türkiyə də terror hadisəsi baş verəcəyi ilə bağlı ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etmişdi.  Terror barədə xəbərdarlıq iyunun 27-də verilmişdi.

İstanbul terroru - 28.06.2016
İstanbul terroru - 28.06.2016

İyunun 29-da isə İstanbulun Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub.