Fransanı qana buluyan terrorçunun fotosu yayıldı 15 İyul 21:33

Fransanı qana buluyan terrorçunun fotosu yayıldı

Terrorçunun yoldaşından ayrıldıqdan sonra depressiyaya düşdüyü iddia olunub.

Fransanın Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti məlum olub və onun fotosu internetdə yayılıb.

ANS PRESS-in məlumatına görə, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bulel adlı şəxs həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi iddia olunub.

Məlumata görə, şübhəli şəxsin 3 övladı olub. 84 nəfərin qatilinin boşandığı həyat yoldaşı da polis tərəfindən gözaltına alınıb.

Məhəmməd Lahouaiej Bulelin Nitsada yaşadığı evində polis əməkdaşları araşdırma aparıb.

Ötən gecə Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib.

İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. 

Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi. 

Məhəmməd Lahouaiej Bulel
Məhəmməd Lahouaiej Bulel