Fransanı qəhər boğur, turistlər məzəmmət edir 15 İyul 13:55

Fransanı qəhər boğur, turistlər məzəmmət edir

Nitsada əyləncəli tədbirlərin təxirə salınması turistlərin narazılığına səbəb olub.

Məşhur müğənni Rihannanın Nitsada planlaşdırılan konsertini təxirə salınıb. ANS PRESS-in məlumatına görə, konsert iyulun 15-i "Allianz Riviera" stadionunda baş tutmalı idi, lakin Fransanın kurort şəhərində törədilən dəhşətli terror hadisəsi səbəbindən ləğv edilib. Eyi zamanda şənbə günü başlamalı olan Nitsa jazz festivalı da təxirə salınıb.

Eyni zamanda Nitsa rəhbərliyi yaxın günlərdə şəhərdə planlaşdırılan əyləncəli tədbirləri təxirə salır və plyajları əhali üçün bağlayırlar.

Rəsmi məlumatda deyilir ki, dövlət və özəl plyajlar bağlanıb, burada üzmək qadağan olunub. Fransa KİV-nin  məlumatına görə, şəhərdə bir neçə yol da bağlanılıb. 

Bastiliyanın alınmasının il dönümünə həsr olunan atəşfəşanlıq da təxirə salınıb. 

Bu tədbirlər şəhər sakinləri tərəfindən anlayışla qarşılansa da Nitsaya istirahət etməyə gələnlərin planlarını pozub. Şəhərdə əyləncəli tədbirlərin təxirə salınması turistləri məyyus edib. 

Fransanın cənubunda günahsız insanların qətli ilə nəticələnən terror aktı bütün dünyada insanları birləşdirib. Sosial şəbəkələrdə #PrayForNice heşteqi ilə yayılan paylaşımların sayı artır.

Lakin elə insanlar da var ki, özgənin faciəsinin ağırlığını bölüşmək istəmir. 

Məsələm rusiyalı model 35 yaşlı Kristina Sısoyeva Fransa xalqının faciəsinin onun yaxtada gəzintisinə manə olduğunu deyib. Kristina hadisə zamanı yaxtada şam edib. Rusiya KİV-nə hadisə şahidi kimi müsahibə verən qadın Sen-Trope sahilində özünü təhlükəsizlikdə hiss etdiyini bildirsədə, bayram atəşfəşanlığından məhrum olmasından məyyus olduğunu dilə gətirib. 

"Məndə hər şey yaxşıdır, heyif Sen-Tropedəki atəşfəşanlığı ləğv ediblər. Belə isə bizi çoxlu mühafizəçi qoruyur, hər şey superdir! Biz yaxtada istirahət edirdik, şam edirdik, bir fransız gəldi və dedi ki hansısa terror atkı olub və buna görə, biz sahilə qayıtmalıyıq. Biz çox məyyus olduq, atəşfəşanlığa baxmaq istəyirdik, amma bu dəhşət baş verdi və hər şey təxirə salındı. Məni yüksək səviyyədə mühafizə edirlər. Mənim brilyantlarımla mühafizəsiz keçinə bilmərəm" - deyə model bildirib.

Kristina Sısoyeva
Kristina Sısoyeva

İyulun 14-ü axşam saatlarında Nitsanın əslən Tunisdən olan sakini yüksək  sürətlə hərəkət edən yük maşınını sahilyanı ərazidə atəşfəşanlığa baxmaq üçün toplaşan insanların üstünə sürüb, daha sonra isə onlara atəş açıb.  Nəticədə 84 nəfər dünyasını dəyişib. 100-dən çox yaralı var.

Xalqa müraciətində Fransa prezidenti Fransua Olland baş verənləri terror aktı adlandırıb və respublikada fövqəladə hal rejiminin daha 3 ay uzadıldığını bəyan edib.