Futbolçu öz qapısına möhtəşəm qol vurdu 14 İyul 21:21

Futbolçu öz qapısına möhtəşəm qol vurdu

Müdafiəçi rəqibin təzyiqinə tab gətirə bilməyərək topu öz qapısına ötürüb.

Polşanın "Zaqlembe" klubunun uğursuz futbolçusu Jarko Udoviçiç "Stal Melets" komandası ilə yoldaşlıq görüşündə öz qapısına gözəl qol vurub.

ANS PRESS-in məlumatına görə, müdafiəçi rəqibin təzyiqinə tab gətirə bilməyərək topu öz qapısına ötürüb.

Matçda hesab 1:1 olarkən futbolçu topu sol cinahdan sağ cinaha ötürmək istəyib. Lakin  Udoviçiçin kuryoz zərbəsi qola çevirilib.  Top uzaq dirəyə dəyərək tora daxil olub.

Jarko Udoviçiçin öz qapısına qolu

Udoviçiç son illərin ən bəxtsiz oyunçularından adlandırmaq olar. 2015-ci ildə o, "Novi Pazar"da ikən vacib görüşün son dəqiqələrində penaltini Panenka üslubunda yerinə yetirmək istədikdə bunu bacarmayıb.

Oyundan sonra fanatlardan ibarət qrup paltardəyişmə otağına girib. Onlardan biri tapançasını futbolçunun başına dirəyib. Hədələr sonra da davam edib və nəticədə Udoviçiç Serbiyanı tərk edərək.