Girov götürülən Baş Qərargah rəisinin boğazındakı ip izləri diqqət çəkdi 17 İyul 06:05

Girov götürülən Baş Qərargah rəisinin boğazındakı ip izləri diqqət çəkdi

Hulusi Akara girov götürülərkən zor tətbiq edildiyi ehtimal edilir.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı girov götürülən Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Hulusi Akar baş nazir Binəli Yıldırım ilə ictimaiyyət qarşısına çıxıb.

ANS PRESS-in məlumatına görə, Hulusi Akarın boğazında dərin ip izlərinin olması diqqətdən qaçmayıb.

Olduqca dərin görünən izlər Baş Qərargah rəisinə girov götürülərkən zor tətbiq edildiyi ehtimallarını artırır.

Türkiyə Böyük Millət Məclisində toplantı zamanı Hulusi Akarın formasını dəyişərək boğazı bağlı libas geyindiyi görünüb.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.