Göygöldə ağır qəza: 4 yaralı 15 İyul 16:15

Göygöldə ağır qəza: 4 yaralı

Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Göygöl rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Quşqara kəndi ərazisində BMW markalı minik avtomobili ilə “Opel” markalı digər bir minik maşını toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan bildirdilər ki, xəsarət alanlardan hələlik yalnız bir nəfərin adı məlumdur. Həmin şəxs Göygöl rayon H. Əliyev küçəsi ev 1 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Asif Arzu oğlu Musayevdir. Hazırda digər yaralılara yardım göstərilir və onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı Göygöl Rayon Polis İdarəsində araşdırma aparılır.