Gürcüstanda nazirliyin həyətində atışma: Yaralılar var 18 İyul 16:02

Gürcüstanda nazirliyin həyətində atışma: Yaralılar var

Hazırda hadisə yerində polis əməkdaşları işləyir.

Bu gün Gürcüstanın Ədliyyə Nazirliyinin Cəzaların İcrası Milli Bürosunun həyətində atışma baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin milli bürosu məlumat yayıb.

Büronun mətbuat xidməti bildirib ki, münaqişə iki nəfər arasında baş verib və onlar odlu silahdan bir-birinə atəş açıblar. Nazirliyin məlumatına görə, hər ikisi xəstəxanaya yerləşdirilib.

Mətbuat xidmətindən onu da bildiriblər ki, hadisənin milli büro ilə heç bir aidiyyatı yoxdur, bu iki şəxs arasında baş verən münaqişədir.

Hazırda hadisə yerində polis əməkdaşları işləyir.

Onu da əlavə edək ki, bu hadisə son günlər regionda 4-cü ölkədə baş verən və ciddi narahatlıq doğuran hadisədir. Bundan əvvəl isə Türkiyədə, ötən gün Ermənistanda, bu gün isə Qazaxıstanda silahlı insidentlər baş verib.