Gürsüstan Müdafiə naziri istefa verdi 12 İyul 15:03

Gürsüstan Müdafiə naziri istefa verdi

Tinatin Xidaşeli vəzifəsini iyulun ortasında tərk edəcək.

Gürcüstanın Müdafiə naziri istefa verib. ANS PRESS-in məlumatına görə, Tinatin Xidaşeli vəzifəsini iyulun ortasında tərk edəcək. Bu haqda nazir özü "Respublika partiyası"nın ofisində deyib. Brifinqdə həmçinin məlum olub ki, Xidaşelidən başqa barışıq və bərabərlik naziri Paata Zakareişvili də vəzifəsindən istefa verib. Daha bir nazir Qiqla Aqulaşvili ilə isə vəzifəsində qalmasına baxmayaraq partiya sıralarından çıxıb.

Xideaşelinin sözlərinə görə, o ötən gün baş nazirlə görüşüb və iş cədvəli haqda danışıqlar aparıb.

"Biz bu prosesi sivil şəkildə sona çatdırmalıyıq. Yekunlaşdırmalı olduğumuz bir neçə tədbir qalıb. Mən heç vaxt işlərimi yarımçıq atmıram."