Hava limanında atışma, hərbiçilər saxlanıldı 18 İyul 00:13

Hava limanında atışma, hərbiçilər saxlanıldı

Əməliyyat Jandarma qüvvələri tərəfindən həyata keçirilib.

Türkiyədə Sabiha Gökçen hava limanında atışma baş verib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dövlət çevrilişinə cəhd də şübhəli bilinən hərbiçilər saxlanılıb.

Əməliyyat Jandarma qüvvələri tərəfindən həyata keçirilib. Nəticədə 11 nəfər həbs edilib.

Ümumilikdə isə çevrilişə cəhd etməkdə günahlandırılan 29 general, 2389 hərbçi və əsgər həbs edilib.

Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb. Həmçinin 2745 nəfər hakim və prokurorun saxlanılıb.  Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.

Hərbi çevrilişə cəhd zamanı Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. 

Hətta İstanbulda yerləşən Atatürk Hava Limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı. Amma sonda hərbi qiyam yatırılıb. 6 mindən çox hərbiçi və vəkil həbs edilib.