Hava xəbərdarlığı - bu dəfə istiyə görə 18 İyul 14:10

Hava xəbərdarlığı - bu dəfə istiyə görə

İyulun 23-dək ölkə ərazisində bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə , bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal istihava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Sabah isə Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yağmursuz hava şəraitinin  olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.