"Heç kimin bizə yazığı gəlməsin" 12 İyul 15:58

"Heç kimin bizə yazığı gəlməsin"

Qara dərili məşhurlar etiraz kampaniyasına başlayıb.

Son günlər ABŞ-da qaradərililərin polis tərəfindən qətlə yetirilməsinə qarşı keçirilən etiraz aksiyaları fonunda baş verənlərə məşhurlar da biganə qalmayıb. "Bəsdirin bizi öldürdünüz" başlığı altında əsasən qara dərili məşhurların qatıldığı kampaniyada Cey Z, Beyons və Dreyk iştirak edib.

Dünya şöhrətli reper Cey Z son yazdığı mahnı- "Spiritual"lı elə qaraddərililərin polis tərəfindən qətlə yetirilməsinə həsr edib. Mahnıda hər an polisin qurbanına çevrilə biləcək bir qara dərilinin sözləri əks olunub.

JAY Z - SPIRITUAL

Cey Z-yə onun həyat yoldaşı məşhur müğənni Beyons da qoşulub. Onun son albomu olan "Lemonade"də qaradərililərin çətin həyat şəraitindən bəhs olunur. Bir neçə gün əvvəl Beyons verdiyi konsert zamanı səhnədən bütün qara dərili ABŞ vətəndaşlarına müraciət edib.

Beyonsun qaradərililərə müraciəti

"Bizə heç kimin yazığı gəlməsin. Tək istədiyimiz odur ki, bizim həyatımıza hörmət qoysunlar. Bizi öldürən, bizə qarşı zorakılıq edən hər bir kəsə cavab verə bilmək üçün birləşməliyik. Kim ki, bizi qorumaq istəyir yalnız onlar cəzasız qalacaq"- deyə müğəni müraciətində bildirib.