Hərbi çevrilişin planı tapıldı 18 İyul 11:33

Hərbi çevrilişin planı tapıldı

20 maddəlik planda parlamentin buraxıldığı, siyasi partiyaların fəaliyyətinin sona çatdığı qeyd edilib.

Türkiyədə iyulun 15-də axşam saatlarında baş verən hərbi çevrilişə cəhdin planı üzə çıxıb. ANS PRESS-in məlumatına görə, araşdırmanı aparan Ankara prokurorluğunun aşkarladığı və "Hərakat İldırım planı" adlı sənəddə çevriliçdən sonra atılacaq addımlar 20 maddədə izah edilib. 

Planda deyilir: “Bütün valilər işdən çıxarılıb. Ankara, İstanbul, İzmir və Kayseri şəhərlərinə aid vali və bökyükşəhər bələdiyyə başçıları Yurtda Sülh Şurası tərəfindən təyin ediləcək. Digər rayon və şəhərlərdə də təyinatlar komandanlar tərəfindən ediləcək". 

Planın 15 iyulda bütün hərbi hissələrə göndərildiyi bəlli olub. "Yurtda Sülh Şurası"nın rəhbəri imzası ilə yayaılan plan 3 səhifəlikdir. Onu qələmə alan kimi isə qərargah polkovniki Cemil Turhanın adı qeyd edilib. 

Bu sənəddə həmçinin parlamentin buraxıldığı, siyasi partiyaların fəaliyyətinin sona çatdığı qeyd edilib. “...Türk Silahlı Qüvvələri Cümhuriyyətin qarşı-qarşıya qaldığı təhlükələri ortadan qaldırmaq, rüşvət və terrorun qarşısını almaq üçün 16 iyul saat 03.00-dən etibarən idarəçiliyi əlinə alır", deyə planda qeyd edilib. 

"Hərakat İldırım planı"
"Hərakat İldırım planı"