Hürriyət qəzətinin işçiləri girov götürüldü 16 İyul 07:27

Hürriyət qəzətinin işçiləri girov götürüldü

Əsgərlər holdinqin işçilərinə zor tətbiq edərək çölə çıxarıb.

Bir qrup əsgər Hürriyet holdinqin binasına hücum ediblər. ANS PRESS-in məlumatına görə, əsgərlər holdinqin işçilərinə zor tətbiq edərək çölə çıxarıb.
 
Binaya daxil olan zaman tağımın rəhbəri əsgərlərə “Atəş açmaqdan çəkinməyin” əmrini verib. Əsgərlər bütün otaqları dolaşaraq işçiləri bayıra çıxarıb. Binanın ətrafında mülkü vətandaşlar toplanıb.

CNN Türk kanalının binasına hərbçilər daxil olub. ANS PRESS-in məlumatına görə, kanalın yayımı təzyiq altında dayandırılıb.

Hərbçilər həmçinin Kanal D telekanalının binasını ələ keçirib.

Bundan əvvəl TRT kanalının binası da hərbçilər tərəfindən ələ keçirilmişdi. Lakin əraziyə gələn vətəndaşlar TRT binasını hərbçilərdən azad edib.