İkimərtəbəli qatarın bileti uculaşdı 15 İyul 14:51

İkimərtəbəli qatarın bileti uculaşdı

İndi biznes-klasla Bakıdan Sumqayıta getmək istəyənlər 1,60 manat ödəyəcəklər.

Bakı-Sumqayıt qatarının gediş haqqı azaldılıb. Bunu ANS PRESS-ə Azərbaycan Dəmir Yollları QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov deyib. 

Xidmət rəhbəri biznes-klas üçün nəzərdə tutulan yerlərin qiymətinin 2,50 AZN-dən 1,60 AZN-ə endirildiyini bildirib.

"Artıq iyulun 1-dən qiymətlərdə endirimlər etmişik. Buna səbəb həmin yerlərə təlabatın az olması idi. Amma 15 gündür qiymətləri endirmişik və sərnişin sayında bu hiss olunur". Qeyd edək ki, bu isjtiqamətdə ikimərtəbəli qatarlar işləyir. 

Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri
Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri

Bu qatarlar ötən ilin sentyabrın 15-dən Bakıdan Sumqayıta tam gücü ilə qatarlar işə düşüb. Həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edirlər. 

Bakı-Sumqayıt dəmir yol xəttində vahid kart sistemindən istifadə olunur. Burada gediş haqqı 80, VİP yerlərdə isə 2,50 qəpik idi. 

"Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.

Bakı- Sumqayıt qatarı
Bakı- Sumqayıt qatarı