İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi 13 İyul 15:36

İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi

Başsağlığı İtaliya prezidenti və baş nazirinə ünvanlanıb.

Azərbaycan prezidenti İlham Əliyev İtaliyada baş verən qatar qəzasına görə, bu ölkənin prezidenti Sercio Mattarella və baş nazir Matteo Renziyə başsağlığı verib. 

Dövlət başçısı İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini deyib. 

"Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".