İlham Əliyev Ollanda başsağlığı verdi 15 İyul 12:28

İlham Əliyev Ollanda başsağlığı verdi

"Terror aktı nəticəsində çox sayda insanın həlak olmasıbizi olduqca sarsıtdı".

Prezident İlham Əliyev Nistada baş verən terror aktına görə, Fransa prezidenti Fransua Ollanda başsağlığı verib. ANS PRESS-in məlumatına görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident, Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.