İlham Əliyevdən zəbt edilən torpaqlarla bağlı sərəncam 13 İyul 18:17

İlham Əliyevdən zəbt edilən torpaqlarla bağlı sərəncam

Sərəncamın icrası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in  məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb