İlhamə Quliyevanın miras davası yekunlaşdı 13 İyul 08:51

İlhamə Quliyevanın miras davası yekunlaşdı

Xalq artistinin mirası məhkəmə hökmüylə sahibini tapıb.

Xalq artisti, mərhum İlhamə Quliyevanin mirası ətrafında qalmaqal hələlik yekunlaşıb. Yasamal Rayon Məhkəməsi var-dövlətin müğənninin bacılarına verilməsi barədə qərar çixarıb.

ANS TV-nin məlumatına görə, mərhum Xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. Yerli KİV-ə müsahibə verən İ. Quliyevanın dayısı oğlu bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. “Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu", - deyə müğənninin dayısı oğlu qeyd edib.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, xalq artistinin tək varisi özüdür.İ. Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək.

İlhamə Quliyevanın mirası qalmaqalı ilə bağlı məhkəmə yekunlaşıb