İran Ermənistanın qazını artırdı 13 İyul 11:39

İran Ermənistanın qazını artırdı

Qazın həcminin nə qədər artırılması barədə məlumat verilməyib.

İran Ermənistana qaz ixracını artıracaq. ANS PRESS-in məlumatına görə, bu haqda razılıq Ermənistanın baş naziri Ovik Abramyan və İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə telefon danışığı zamanı əldə olunub.

Telefon danışığı zamanı O.Abramyan iyulun 10-dan avqustun 10-dək Gürcüstan ərazisindən keçən magistral borunun təmir işlərinin aparılması isə əlaqədar Rusiyadan Ermənistana qazın verilməsinin dayandırılması haqda məlumat verib. Bununla bağlı Ermənistan tərəfi İrana müraciət edərək bu ölkədən ixrac olunan qazın həcmini artırmağı xahiş edib. İran tərəfi buna müsbət cavab verib.

Lakin qazın həcminin nə qədər artırılması barədə məlumat verilməyib. 

Daha əvvəl "Qazprom Ermənistan" şirkəti rəsmi xəbər yayaraq Ermənistana qazın verilişində fasilə yaranacağını açıqlayıb. Bu Gürcüstan ərazisində "Kazax-Saquramo" magistral qaz kəmərində kranların əvəzlənməsi və sürüşmə baş verən ərazidə bərpa edilən hissənin yenidən birləşdirilməsi işi ilə bağlıdır. 

İranla Türkiyə arasında da qazla bağlı razılıq əldə edilib. İran qonşu ölkəyə qazın qiymətin 12-13 faizlik endirimlə satmağa razılaşıb. Endirimli qiymətlə qaz satışının sentyabr ayından başlayacağı bildirilir. 

Türkiyə İrandan ildə 10 milyard kubmetr qaz alır. 

Türkiyə bir nüçə il öncə Rusiyadaan aldığı qazın da endirimli qiymətlə satılması ilə bağlı müraciət etmişdi. Mütəxəssislər iki ölkə arasında münasibətlərin isinməsindən sonra 10 faizə yaxın endirimin ola biləcəyini pronozlaşdırırlar.