İrəvanda silahlar polis bölməsinin binasını ələ keçirdi 17 İyul 12:05

İrəvanda silahlar polis bölməsinin binasını ələ keçirdi

Silahlı qrup “Şuşa” batalyonunun komandiri Jirayr Sefilyanın azad edilməsini tələb edir.

Ermənistanda silahalı qrup polis bölməsinin binasına hücum edib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahalı binanı zəbt ediblər. 

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyan azad edilməsini tələb edirlər. 

Binanın ərazisinə hərbçilər gətirilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan yaxın saatlarda rəsmi açıqlama yayacaqlarını elan edib. 

Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb.