Irəvandakı basqın ilə bağlı müşavirə çağırıldı 18 İyul 03:20

Irəvandakı basqın ilə bağlı müşavirə çağırıldı

Polis məntəqəsinə edilən hücumlə bağlı prezidentə məruzə edildi.

Ermənistan prezidenti Serj Sarkisyan hüquq mühafizə orqanlarının məsul şəxsləri ilə müşavirə keçirib. ANS PRESS-in “News.am” elektron portalına istinadən verdiyi məlumata görə, müşavirənin əsas mövzusu 17 iyulda baş vermiş silahlı insident olub.

Müşavirə iştirakçıları 17 iyulda səhər saatlarında İrəvan şəhərində polis məntəqəsinə edilmiş baqının təfərrüatları haqqında prezidentə məruzə ediblər. Onların sözünə görə, vəziyyətə tam nəzarət edilib.

Serj Sarkisyan - Ermənistanın prezidenti
Serj Sarkisyan - Ermənistanın prezidenti

Ermənistanda silahlı qrup polis idarəsinə bu gün səhər saatlarında hücum edib. hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib. 

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

7 polisi girov götürən silahlı şəxslər 1 polis polkovnikini də öldürüb.