"İstədiyim vaxt erməninin yanına gedərəm..." başlıqlı müsahibəyə qardaş əsəbləşdi 14 İyul 00:30

"İstədiyim vaxt erməninin yanına gedərəm..." başlıqlı müsahibəyə qardaş əsəbləşdi

C. Novruz yayılan müsahibənin müəllifini tənqid edib.

Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz bacısının müdafiəsinə qalxıb. ANS PRESS-in məlumatına görə, aktyor tanınmış stilist Şəfəq Novruzovanın ötən gün erməni ilə bağlı yayımlanan müsahibəsini şərh edib.

Stilistin qardaşı, aktyor və müğənni Cavidan Novruz məsələyə münasibət bildirib. O, sosial şəbəkədə “İstədiyim vaxt erməninin yanına gedərəm...” başlıqlı müsahibəni sərt qınayıb. Onun sözlərinə görə, müsahibənin başlığı düzgün qoyulmayıb. C. Novruz yayılan müsahibənin müəllifini də tənqid edib.

“Yazını bu başlıqla yazıb, paylaşanı araşdırıram. Onu tapsam çox pis olacaq. Bunu etdirənlər - ermənilər boynunuzu yerə soxsun. Bir iş görə bilmirsiniz, başqalarını gözdən salmağa çalışırsınız. Kompüter arxasında oturub şərh yazanlar ancaq elə bunu bacarırsınız. Ona görə də tüpürüb buradan getmək istəyirəm. 

Müsahibəni axıra kimi oxuyanda bilinir ki, Şəfəq elə cümlə işlətməyib. Bu qadından nə istəyirsiz? Heç nə edə bilmirsiniz, belə şeylərlə diqqət çəkməyə çalışırsınız. 

Əsəbdən partlayıram, səni tapıb həyatda necə addım atmağı öyrədəcəm.
Bu ailəni hamı sevir, çünki onun başçısı Qarabağ mövzusunda həssas və 2 şəhid vermiş adamdır. O kişinin qızı və oğlu belə səhvə yol verər?".

Cavidan Novruzun İnstaqram səhifəsi
Cavidan Novruzun İnstaqram səhifəsi
Cavidan Novruzun İnstaqram səhifəsi
Cavidan Novruzun İnstaqram səhifəsi