İsti havaya görə Azərbaycan dəmiryolunda dəyişiklik 18 İyul 10:38

İsti havaya görə Azərbaycan dəmiryolunda dəyişiklik

"İstidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir".

İsti havaya görə dəmiryolunda hərəkət qrafiki dəyişdi. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, QSC-nin kollektivləri yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər. 

"Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir".

Sərnişin daşımaları departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.