İsveçrədən Qarabağla bağlı təklif 18 İyul 13:49

İsveçrədən Qarabağla bağlı təklif

"Biz münaqişənin həlli yollarının müzakirəsi üçün vasitəçi ola bilərik".

İsveçrə Azərbaycan və Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətlərini dəvət edərək, Qarabağ probleminin həlli perespektivlərinin müzakirəsi üçün vasitəçi rolu oynamağa hazırdır.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə ATƏT Parlament assambleyasının İsveçrə nümayəndə heyətinin başçısı Filippo Lombardi deyib. 

"Azərbaycan və Emənistan arasında "dondurulmuş" münaqişə var. Amma bəzən bu münaqişə daha da qızışır və nəticədə çoxlu insan dünyasını dəyişir. Biz monitorinq aparmadan kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Bizim mövqemiz ondan ibarətdir ki, hər iki tərəfin xalqı, prezidentləri bir araya gəlib, bu məsələni özləri həll etməlidirlər". 

Filippo Lombardi prezident Vladimir Putininin təşəbbüsü ilə Sankt-Peterburqda iki ölkənin prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasındakı görüşü xatırladaraq, bunun müsbət addım olduğunu vurğulayıb. Amma, o, eyni zamanda qeyd edib ki, nə Vladimir Putin, nə da İsveçrə xalqı bu münaqişəni həll edə bilməz.

"Belə vəziyyətdən çıxmaq üçün hər iki xalqın iradəsi vacibdir. Bunun üçün İsveçrə Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşünü İsveçrədə təşkil edə bilər. Hətta, bura Gürcüstan nümayəndə heyətini də dəvət edə bilər. Amma biz yalnız vasitəçi ola bilərik, sülhü yarada bilmərik". 

Filippo Lombardi - ATƏT Parlament assambleyasının İsveçrə nümayəndə heyətinin başçısı
Filippo Lombardi - ATƏT Parlament assambleyasının İsveçrə nümayəndə heyətinin başçısı