"Kapital Bank"dan Azərbaycan təhsilinə böyük dəstək 14 İyul 12:09

"Kapital Bank"dan Azərbaycan təhsilinə böyük dəstək

Layihə 13-21 iyul 2016-cı il tarixləri arasında keçiriləcək.

Kapital Bank “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsini keçirir. ANS PRESS-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər. Layihə 13-21 iyul 2016-cı il tarixləri arasında keçiriləcək.

"Marafonda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək".

“Təhsil avtobusu” adlı Yay Məktəbi Gəncə, Şəki, Lənkəran və Quba şəhərləri üzrə təhsil marafonuna çıxacaq. Marafonda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Hər bölgədə 2 gün davam edəcək layihədə müəllimlər, şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edəcəklər.

“Kapital Bank Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsini dəstəkləyib. Layihə üzrə Bakıda, Lənkəranda, Qubada, Şəkidə və Gəncədə olan məktəblərdə akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Təhsil mövsümünün sonunda isə “Təhsil avtobusu” Yay Məktəbini keçirmək qərarına gəldik. Əminəm ki, bu layihə də təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq” – deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Kapital Bank
Kapital Bank

“Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.