Kerri Putinlə Qarabağı müzakirə edə bilər 12 İyul 18:34

Kerri Putinlə Qarabağı müzakirə edə bilər

Peskov Con Kerrinin Putinlə görüşə biləcəyini deyib.

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Belə bir görüş Putin və ABŞ prezidenti  Barak Obama arasında baş tutan telefon danışığı zamanı da müzakirə edilib. Amma görüşün dəqiq vaxtı hələlik məlum deyil”.

ABŞ dövlət katibi Con Kerri iyulun 14 Moskvaya səfərə gələcək. Ötən gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, iyulun 14-ü axşam saatlarında Con Kerri Moskvaya gedəcək. Kirbi deyib ki, Moskvada bir sıra yüksək vəzifəli şəxslərlə Suriya, Ukrayna, Dağlıq Qarabağ və digər məsələləri müzakirə edəcək. 

Con Kerrinin Moskva səfəri iki gün davam edəcək. 

Con Kerri-ABŞ-ın dövlət katibi
Con Kerri-ABŞ-ın dövlət katibi

Artıq bu səfəri Rusiya Xarici işlər nazirliyidə (XİN) təstiq edib. Qurumda ümid edirlər ki, 2015-ci ilin mayından sayca 4-cü olan bu səfər Rusiya-ABŞ münasibətlərinə yaxşı təsir edəcək. 

Con Kerri Rusiyada sonuncu dəfə martın 23-də səfərdə olub.