Kerri və Lavrov Moskvada Qarabağı müzakirə edib 15 İyul 17:01

Kerri və Lavrov Moskvada Qarabağı müzakirə edib

ABŞ və Rusiya rəsmisi Suriya və Ukrayna münaqişələrini də müzakirə ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, münaqişənin həllinə  Con Kerrinin Moskva səfəri zamanı toxunulub.

Tərəflər həmçinin Suriya, Ukrayna  münaqişələri və  iki ölkə arasındakı münasibətləri müzakirə edilib.

"Siz bu yaxınlarda  İsraildə  səfərdə olmusuz. Ona görə məhsuldar danışıqların olacağına ümid edirik”, - deyə Lavrov  Kerri ilə mətbuat konfransında bildirib.

Lavrov və Kerri arasında görüş
Lavrov və Kerri arasında görüş

Moskvada Kerrini bir gün əvvəl prezident Vladimir Putin qəbul edib.

V. Putin münaqişələrin nizamlanmasında Rusiya Federasiyası və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib. Ölkə rəsmiləri görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyiblər.

Lakin daha əvvəl Kerri və Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi barədə məlumat yayılmışdı.