Kişi sevgilisinin gözləri qarşısında öldürüldü 14 İyul 13:50

Kişi sevgilisinin gözləri qarşısında öldürüldü

Restoranın təhlükəsizlik kameralarına düşən qətlin videoları sosial şəbəkədə hər kəsi dəhşətə gətirib.

Türkiyənin Samsun şəhərində 37 yaşlı kişi sevgilsinin gözləri qarşısında qətlə yetirilib. Axşam saatlarında restoranların birində sevgilisi ilə yemək yeyən Umut Şimşək silahlı hücüma məruz qalıb.

Restoranın təhlükəsizlik kameralarına düşən qətlin videoları sosial şəbəkədə hər kəsi dəhşətə gətirib.

17 yaşlı gənc soyuqqanlı bir şəkildə arxasında gizlətdiyi silahı çıxararaq cütlüyün əyləşdiyi masaya yaxınlaşır və 6 dəfə atəş açır. Bundan sonra yerə yıxılan Umut Şimşək ağır yaralanır. Daha sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücum zamanı yerə yıxılan gənc qızın vəziyyətinin isə yaxşı olduğu onun heç bir güllə yarası almadığı deyilir.

 Faktla bağlı araşdırmalara başlayan Samsun polisi qatilin şəxsiyyəti artıq müəyyən edib. Polis onun həbs edilməsi istiqamətinin də ciddi axtarış işlərinə başlayıb.

Qətlin təhlükəsizlik kameralarına düşmüş kadrları