Klublarımızın növbəti sınağı 14 İyul 11:25

Klublarımızın növbəti sınağı

Bu gün Avropada futbol həyacanı başlayır.

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, bu gün qitənin ikinci dərəcəli klub turnirində 33 qarşılaşma keçiriləcək.

Azərbaycan klublarından "Neftçi" evdə "Şkendiya"nı (Makedoniya) qəbul edəcək. İlk mərhələdə Maltanın "Baltsan" klubunu çətinliklə mübarizədən kənarlaşdıran "ağ-qaralar"ın bu dəfə hansı nəticəyə imza atacağı maraqla gözlənilir. 

"Qəbələ" Macarıstanda MTK-nın, "Kəpəz" isə Avstriya "Admira"sını qonağı olacaq. İlk mərhələdə Maldova "Daçiya"sını mübarizədən kənarlaşdıran Şahin Diniyevin komandasını bu dəfə daha ciddi və çətin sınaq gözləyir. 

Şahin Diniyev
Şahin Diniyev

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları 20-21 iyulda keçiriləcək.

 

14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunları

17:00. “Şirak” (Ermənistan) - “Spartak” T (Slovakiya)

18:45. “Kayrat” (Qazaxıstan) -  “Makkabi” Təl-Əviv (İsrail)

19:30. “Dinamo” (Belarus) - “Sent Patriks” (İrlandiya)

20:00. “Levadiya” (Estoniya) - “Slaviya” (Çexiya)

20:00. “Neftçi” (Azərbaycan) - “Şkendiya” (Makedoniya)

20:00. “Rovaniemi” (Finlandiya) - “Lokomotiv” (Xorvatiya)

20:30. “Debretsen” (Macarıstan) - “Torpedo” (Gürcüstan)

20:30. “Midtyulland” (Danimarka) - “Vaduts” (Lixtenşteyn)

 

21:00. “Admira” (Avstriya) - “Kəpəz” (Azərbaycan)

21:00. AİK (İsveç) - “Europa” (Cəbəllütariq)

21:00. “Beytar” (İsrail) cütünün qalibi - “Omoniya” (Kipr)

21:00. “Haken” (Norveç) - “Kork Siti” (İrlandiya)

21:00. “Makkabi” (Hayfa, İsrail) - “Nomme Kalyu” (Estoniya)

21:00. “Sonderyuske” (Danimarka) - “Stromsqodset” (Norveç)

21:00. “Zimbru” (Moldova) - “Osmanlıspor” (Türkiyə)

 

21:30. “Beroe” (Bolqarıstan) - HİK (Finlandiya)

21:30. “Şaxtyor” (Belarus) - “Domjale” (Sloveniya)

22:00. “İaşi” (Rumıniya) – “Hayduk” (Xorvatiya)

22:00. “Genk” (Belçika) – “Buduçnost” (Monteneqro)

22:00. “Yannina” (Yunanıstan) - “Odd” (Noeveç)

22:00. “Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan)

22:00. “Voyvodina” (Serbiya) - “Konna Kvey” (Uels)

 

22:15. “Partizan” (Serbiya) - “Zaqlebiye” (Polşa)

22:15. “Slovan” (Slovakiya) - “Yelqava” (Latviya)

22:30. “Birkirkara” (Malta) - “Harts” (Şotlandiya)

22:30. MTK (Macarıstan) - “Qəbələ” (Azərbaycan)

22:30. “Videoton” (Macarıstan) - “Çukariçki” (Serbiya)

 

22:45. “Aberdin” (Şotlandiya) - “Ventspils” (Latviya)

22:45. “Kliftonvill” (Şimali İrlandiya) - AEK (Kipr)

22:45. “Hibernian” (Şotlandiya) - “Brondbü” (Danimarka)

22:45. “Pyast” (Polşa) – “Höteborq” (İsveç)

23:05. “Avstriya” (Avstriya) - “Kukesi” (Albaniya)

23:15. “Qrasshoppers” (İsveçrə) - “Reykyavik” (İslandiya)