Komandanlığa hücumun təfərrüatları açıqlanıb 18 İyul 04:49

Komandanlığa hücumun təfərrüatları açıqlanıb

Çevrilişə cəh edən həbrçilərə təlimatlar faks ilə göndərilibmiş.

Xüsusi Qüvvələr Komandanlığını ələ keçirməyə cəhd edərkən həbs edilən və sorğu-sual edilən əsgərlərin ifadələri KİV-lərə çatıdırılıb. ANS PRESS-in “Hürriyet"ə istinadən verdiyi məlumata görə, həbs edilən əsgərlərdən birinin ifadəsi alınıb. Xüsusi Qüvvələr Komandanlığında növbətçi olan Osman Ç. kimi təqdim edilən əsgərin dediyinə görə, əsgərləri təlim bəhanəsi ilə Mühafizə Alayına gətiriblər. Burada əsgərlərə kamuflyaj, silah və lazımı sursatlar verilib.

Mənbənin məlumatına görə, silahlanan əsgərlər mühafizə etmək bəhanəsi ilə Gölbaşı məntəqəsində yerləşən Xüsusi Qüvvələr Komandanlığına gətirilib.

Girişi ələ keçirən əsgərlərə heç kimi içəriyə buraxmamaq əmri verilib. Sonra Baş Qərargahdan çevriliş təlimatı haqqında faks göndərilib. Rəhbərliyin dəyişdiyini bildirən faksda yeni komandir Zekai Aksakallının vəzfidən uzaqlaşdırılaraq, onun əvəzinə Semih Terzinin komandir olduğu qeyd edilib.