Konsulu evində boğub öldürdülər 12 İyul 02:57

Konsulu evində boğub öldürdülər

Rumıniyalı diplomatı öldürdükdən sonra qatillər onun avtomobili ilə cinayət yerindən qaçıblar.

Rumıniyanın Salvadordakı konsulu Rikardo Emmanuel Salum Barak öz evində öldürülüb. ANS PRESS-in məlumatına görə, naməlum şəxslər tərəfindən konsul boğularaq qətlə yetirilib. Bu barədə konsulun Tvitter hesabında məlumat yayılıb.

“Prokurorluq diplomatın öldürülməyini təstiq edir”. İlkin iddialara görə, cinayətkarlar konsulun evinə daxil olub. Rumıniyalı diplomatı öldürdükdən sonra qatillər onun avtomobili ilə cinayət yerindən qaçıblar. Daha sonra isə naməlum şəxslər izlərini silmək üçün avtomobili atıblar. 

Dünyada ən çox qətl hadisəsi balaca Salvadorda baş verir. Gün ərzində ölkədə 22 qətl baş verir. Əksər hallarda qətllər cinayətkər qruplaşma tərəfindən olur. Həmin qruplaşmalarda təxminən 70 min üzv olur.