Lavrov Xəzərlə bağlı razılaşmanın tarixini açıqlayıb 13 İyul 17:42

Lavrov Xəzərlə bağlı razılaşmanın tarixini açıqlayıb

Rusiya rəsmisi Konvensiyanın 2017-ci ildə imzalana biləcəyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 2017-ci ildə imzalanmasının real olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, Lavrov belə açıqlama ilə Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edib.

"Biz çox faydalı işləyirik.  Bir sıra istiqamət üzrə irəliləyişlər var. Amma bir neçə həll olunmayan suallar qalır. "Hesab edirik ki, konvensiyanın imzalanmasına çox yaxınıq. İmzalanma hətta ilin birinci yarısında da mümkündür”. 

 Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov isə Xəzərin hüquqi statusuna dair işçi qrupunun bu ilin payızında Tehran və Aşqabadda keçiriləcəyini deyib. 

Yerlan İdrisov -Qazaxıstanın xarici işlər naziri
Yerlan İdrisov -Qazaxıstanın xarici işlər naziri

Azərbaycan (955,08 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Rusiya və Qazaxıstanla razılaşdırıb. Amma ABŞ-ın bu hövzədəki “Xəzər keşikçisi” layihəsindən faydalanır, ona görə Rusiyanın Xəzərdə hərbi əməkdaşlıq təkliflərinə razılaşmır. 

İran (900 km) SSRİ ilə öz arasında Xəzərə dair razılaşmaları tanımır, onun yenidən, bütün sahilyanı ölkələr arasında 5 bərabər hissəyə bölünməsini tələb edir. Azərbaycan bunu rədd edir, çünki bu qayda ilə bölgü İranın su sərhədlərinin Bakı buxtasına qədər uzanması demək olur.

Rusiya (695 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Azərbaycan və Qazaxıstanla razılaşdırıb. Amma Xəzərə "kənar dövlətlərin nüfuz etməsinə" qarşı çıxış edir, sahilyanı ölkələrə iqtisadi və hərbi əməkdaşlıq təklif edir. 

Türkmənistan (1200 km) Xəzərin orta xətt prinsipi ilə bölünməsini, orta xətt müəyyən olunanda da Abşeron yarımadası və Çilov adasının nəzərə alınmamasını tələb edir. Hesab edir ki, bunlar Xəzərdə “xüsusi vəziyyət” yaradırlar. Azərbaycanın işlətdiyi “Azəri”, “Çıraq” və “Kəpəz” yataqlarına idia edir. 

Qazaxıstan (2320 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Rusiya və Azərbaycanla razılaşdırıb.[2] Amma ABŞ-ın bu hövzədəki “Xəzər keşikçisi” layihəsindən faydalanır, ona görə Rusiyanın Xəzərdə hərbi əməkdaşlıq təklifinə razılaşmır.