"Liverpul"un ulduz futbolçusu Türkiyədə 14 İyul 22:04

"Liverpul"un ulduz futbolçusu Türkiyədə

Futbolçunun klubda rəsmi təqtimatı sabah olacaq.

Slovakiyanın“Liverpul” klubunun təcrübəli müdafiəçisi Martin Şkrtel “Fənərbaxça” klubuna transfer olunub.

ANS PRESS-in məlumatına görə, futbolçu İstanbul klubunda tibbi müayuinədən keçib. Şkrtelin klubda rəsmi təqtimatı sabah olacaq.

Məlumata görə, futbolçu “Fənərbaxça”ya 6.5 milyon avroya transfer olunub. Bundan əlavə, Türkiyə millisinin və “Beşiktaş” klubunun üzvü İsmayil Köybaşı İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Keçidi ilə bağlı danışan Köybaşı bunları deyib: "Karyeramın ikinci hissəsinə doğru irəliləyirəm. Futbola bağlı biriyəm. Heç vax pula önəm vermirəm. "Fənərbaxça"ya gəldiyim üçün çox xoşbəxtəm. Qərarımın da doğru olduğunu düşünürəm".