Maurinyonun evi soyuldu 18 İyul 13:21

Maurinyonun evi soyuldu

Həmin vaxt baş məşqçi özü də evdə olub.

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo evinə oğru girib. ANS PRESS-in məlumatına görə, oğrunu ilk görən evin qulluqçusu olub. 

Qadın aşağı mərtəbdə əşyaları yerbəyer edərkən evdə naməlum şəxs görüb və qışqırıb. "Ey, sən burada nə edirsən?". Bu zaman oğru qaçmağa çalışsa da, səsə mühafizəçilər gəlib və onu tutublar. Səs-küyə həmin vaxt Avropa çempionatında Portuqaliyanın oyununa baxan ev sahibi də gəlib. 

Bu vaxt evin yaxınlığından keçən bir nəfər hadisəni lentə alıb və bildirib ki, Mourinyo çox məyus görünüb. Xarici KİV-lərin məlumatına görə, məşqçinin evinin qiyməti 30 milyon dollar dəyərindədir.

Joze Mourinyo 2004-cü ildə “Çelsi”nin baş məşqçisi olub. O, 2007-də “İnter Milan” klubuna keçib. 2010-cu ildə isə “Real Madrid” klubuna transfer olunub. “Çelsi”nin sahibi Roman Abramoviç Mourinyonu 2013-cü ildə Çelsiyə yenidən dəvət edib.

Lakin, portuqaliyalı mütəxəssisin London klubundakı işi uğursuz alınıb. O, iki mövsümdən sonra komandadan qovulub. Mourinyo bu yay “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi təyin olunub. 

Joze Mourinyo
Joze Mourinyo