Məhşur muğənninin güllələnəcəyi barədə polisə müəmmalı zəng 15 İyul 17:53

Məhşur muğənninin güllələnəcəyi barədə polisə müəmmalı zəng

Polis məşhur müğənnini qorumağa başladı.

Türkiyə polisi tanınmış müğənni İbrahim Tatlısəsi qorumaya götürüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb polis idarəsinə edilən anonim zəngdir.

Belə ki, naməlum şəxs Daxili İşlər Nazirliyinin "155 qaynar xətt"inə zəng vuraraq “Tatlısəsi güllələyəcəklər” deyib. Bu şikayətin ardından hərəkətə keçən polis əməkdaşları məhşur müğənniyə iki polis əməkdaşını mühafizəçi kimi təhkim edib.

İmperator ləqəbli məhşur müğənni İbrahim Tatlısəs 2011-ci il mart ayının 14-də İstanbulda başından güllənib. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə əyləşərkən "Kalaşnikov" avtomatından ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib.

Hadisə zamanı sənətçinin yanındakı olan assistenti Buket Çakıcı da yaralanıb. İfaçı Almaniyada və ABŞ-da illərdir müalicə kursu keçir. Buna baxmayaraq o, hələ də tam sağalmayıb. Hazırda imperatorun sağ qolu, demək olar ki, işləmir. ​