Məmmədyarovla Çavuşoğluya Türkiyədəki hadisələrdən danışdılar 16 İyul 14:07

Məmmədyarovla Çavuşoğluya Türkiyədəki hadisələrdən danışdılar

İki nazir telefonla danışıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,  Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb.

O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb.

Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini  bildirib.

Elmar Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.