Məscid inşaasında uçqun, ölən var 12 İyul 17:01

Məscid inşaasında uçqun, ölən var

Tikintisi davam edən binanın ikinci mərtəbəsi çökdü.

Türkiyədə inşa edilən məsciddə uçqun baş verib. ANS PRESS-in "İhlas" agentliyinə istinadla verdiyi məlumata görə, hadisə Mersində baş verib. 

Mut rayonunda inşaası davam edən məscidin ikinci mərtəbəsində uçqun olub. Hadisə ikinci mərtəbədə beton tökülməsi zamanı baş verib. Çökən döşəmənin üzərində hadisə vaxtı 5 fəhlə olub.

Nəticədə iki fəhlə binadan yıxılıb və betonların arasında qalıb. Onlardan birini xilas etmək mümkün olsa da, digəri ölüb. 

18 yaşlı Sefa Çetinin cəsədini dağıntılar altından bir neçə saata çıxarmaq mümkün olub.